Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universitetinin Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdilər. Bildirildi ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitlə tanış oldu. Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.
15 sentyabr 2025 Daha ətraflıAzərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdır. Türkiyə–Azərbaycan Universiteti və ya qısaca TAU – Bakıda yerləşən universitet. 2024-cü ildə fəaliyyətə başlamışdır. Viva Medical Group şirkəti olaraq, Türkiyə - Azərbaycan Universitetinin "Kimya", " Fizika" və "Mikrobiologiya" laboratoriya otaqlarını, ən son texnoloji laborator avadanlıqları ilə təmin etmişik.
30 sentyabr 2024 Daha ətraflıHeydər Əliyev Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən simpozium Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca simpozium üçün hazırlanan film nümayiş olunub. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır. Simpoziumda dünyanın 14 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər. Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumunun iştirakçıları arasında müxtəlif ölkələrdən paytaxta gələn 100-dən çox cərrah, transplantoloq, neyrocərrah, klinik embrioloq, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt və bu kimi digər ixtisas mütəxəssisləri təmsil olunurlar.
18 iyun 2023 Daha ətraflıViva Medical Group şirkətinin əməkdaşları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Dünya Ticarət Mərkəzində, dünyanın ən böyük səhiyyə sərgilərindən biri olan - “ArabHealth 2023” sərgisində iştirak edir. Dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə, 4.200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60.000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edəcək.
3 fevral 2023 Daha ətraflı«Medinex 2022» – Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri görüş yeridir. Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər. İnnovasiyalara fokuslanmış format, dövlət səviyyəsində dəstək və geniş beynəlxalq tərkib sərginin uğurlu olmasının əsas səbəbi olmaqla yanaşı növbəti illər üçün gözəl perspektivlər vəd edir. «Medinex 2019» – un statistikası: Şirkət : 70 Ölkə : 12
9 noyabr 2022 Daha ətraflı