Əməkdaşlarımız "Anatomage Distributors Meeting Q2" çərçivəsində baş tutan təqdimatda iştirak edərək, ən son innovativ məhsul və yeniliklərlə tanış olublar.
22–23 aprel tarixlərində İtaliyanın Milan şəhərində Anatomage Distributors Meeting Q2 & New Products Introduction mövzusunda beynəlxalq görüş keçirilmişdir. Şirkətimizin əməkdaşlarının da qatıldığı bu görüşün əsas məqsədi Anatomage şirkətinin mövcud texnoloji həllərinin, yeni məhsul innovasiyalarının və gələcək inkişaf istiqamətlərinin tərəfdaşlara təqdim olunması olmuşdur.
Tədbir çərçivəsində Anatomage Table Clinical, Science Table və Anatomage Theatre cihazları nümayiş etdirilmişdir. Xüsusilə Anatomage Table sisteminin 12.0.3 versiyası üzrə həyata keçirilmiş yeniliklər təqdim olunaraq, klinik kadavr modelləri vasitəsilə tədris və vizualizasiya imkanları nümayiş etdirilmişdir.
Eyni zamanda, Science Table platformasının elmi tədqiqat və tədris prosesində tətbiq olunan funksional imkanları, texniki xüsusiyyətləri və təhsil prosesinə verdiyi töhfələr barədə ətraflı məlumat verilmişdir. Platformanın biologiya, kimya, fizika və yer elmləri üzrə interaktiv təcrübə imkanları və yüksək vizual keyfiyyətə malik simulyasiya sistemi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Görüşdə təqdim olunan əsas yeniliklərdən biri də Anatomage Theatre Clinical platforması olmuşdur. Bu sistem 270° yüksək keyfiyyətli LED ekranlar vasitəsilə tam otaq formatında immersiv tədris mühiti yaradır. VR qulaqlıqlara ehtiyac olmadan real klinik ssenarilərin simulyasiyası, interaktiv təlim və komanda əsaslı əməkdaşlıq imkanları təqdim edən bu platforma müasir tibbi tədrisin yeni nəsil həlli kimi təqdim olunmuşdur. Bundan əlavə, sistem AI əsaslı virtual xəstələr üzərində səs-interaktiv formatda işləmə imkanı təqdim edərək yüzlərlə fərqli klinik ssenaridə real zamanlı tibbi qərarvermə təcrübəsi qazandırır.
Bu yanaşma rezidentlər üçün xüsusilə əhəmiyyətli hesab olunur, çünki platforma klinik düşünmə bacarıqlarının inkişafına xidmət edərək onlara real xəstə modelləri üzərində təhlükəsiz mühitdə təcrübə toplamaq imkanı yaradır. Rezidentlər bu sistem vasitəsilə xəstənin anamnezi, simptomları, laborator nəticələri və görüntüləmə məlumatlarını inteqrasiya edərək klinik vəziyyəti qiymətləndirə, mümkün diaqnozları fərqləndirə və düzgün diaqnostik istiqamətləri müəyyən edə bilirlər.
Anatomage Theatre vasitəsilə müxtəlif klinik hallar, radioloji görüntüləmələr, fizioloji proseslər və tibbi simulyasiyalar yüksək dəqiqliklə vizuallaşdırılır.
Sistem eyni zamanda 20 ildən artıq müddətdə formalaşmış geniş tibbi məzmun kitabxanasına çıxış imkanı yaradır.
Şirkət tərəfindən təqdim olunan həllər arasında Anatomage platformalarının tibbi təhsil və klinik təlimdə tətbiqinin genişləndirilməsi xüsusi vurğulanmışdır.
2004-cü ildə əsası qoyulan Anatomage şirkəti insan anatomiyasının rəqəmsallaşdırılması sahəsində aparıcı şirkətlərdən biri kimi tanınır. Şirkət real insan kadavrlarına (meyit) əsaslanan Anatomage Table texnologiyasını inkişaf etdirərək tibbi təhsildə innovativ yanaşma formalaşdırmışdır. Hazırda Anatomage məhsulları dünya üzrə 4000-dən çox təhsil və səhiyyə müəssisəsində istifadə olunur və tibbi təhsil, klinik təlim, tədqiqat və diaqnostika sahələrində geniş tətbiq edilir.”
"Viva Medical Group" olaraq, "Anatomage" məhsullarının Azərbaycandakı rəsmi distribütoru kimi bu qabaqcıl texnologiyaların ölkə daxilində tətbiqi, və inteqrasiyası istiqamətində uğurla fəaliyyət göstəririk.
